Bayraqdar.info – Avqustun 11-də Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməinin yaydığı məlumata əsasən, Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
“Hadisə ilə əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
“İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.
“Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək”, – deyə Nazirliyin məlumatında bildirilir.