Press "Enter" to skip to content

Fars-molla rejimi Güney Azərbaycanda təzyiqləri artırır

Bayraqdar.info – Təbrizdə 24 iyul (2 mordad) aksiyasından sonra – 27 iyulda saxlanılan Məhəmməd Kazımi və Rza Şəhrivər ETTELAAT idarəsinin təcridxanasından Təbrizin mərkəzi həbsxanasının karantin bölməsinə köçürülüblər.

Onlar bu barədə avqustun 10-u axşam saatlarında telefon danışığı zamanı ailələrinə məlumat veriblər.

Onlara qarşı irəli sürülən ittiham bəlli olmasa da hər iki fəalın Xuzistanda (Əl-Əhvaz) başlayan “su üsyanı”na dəstək və Güney Azərbaycan bölgələrində olan problemlərə rejimin laqeydliyinə etiraz olaraq iyulun 24-də keçirilən aksiya ilə bağlı saxlanıldıqları ehtimal edilir.

Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Xuzistan etirazçılarına dəstək, Güney Azərbaycan bölgələrində mövcud olan problemlərə hakimiyyətin laqeydliyinə qarşı etiraz aksiyası keçirilib.

Müxtəlif şəhərlərdə çox sayda milli-mədəni fəal həbs olunub. Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb və bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, şəhərdə aksiyalardan öncə, aksiya günü və ondan sonrakı günlərdə həbs olunanların sayı 150 nəfər civarındadır.

Onlardan bəziləri girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıb. Ancaq həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.

Təhlükəsizlik idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və mediaya məlumat verilməsin. Ona görə bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.