Press "Enter" to skip to content

Erməni minasına düşən 23 nəfər həlak olub, 36 nəfər xəsarət alıb

Baş Prokurorluq

Son yeniləmə: 11 Avqust 2021 16:17

Bayraqdar.info – Baş Prokurorluq ötən il noyabrın 10-dan – Vətən müharibəsinin başa çatmasından bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb.

Qurumun mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, həmin dövrdə mülki şəxslərdən 23 nəfər həlak olub. Bundan başqa, minaya düşmələri nəticəsində 36 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mission News Theme by Compete Themes.