Press "Enter" to skip to content

İran məhkəməsi iki kürd jurnalisti şallaqlamaqla bağlı qərar çıxarıb

Son yeniləmə: 10 Avqust 2021 21:43

Bayraqdar.info – İranın Kürdistan əyalətindəki Sənəndəc Cəza Məhkəməsinin 104-cü şöbəsi Şaram Əmcadiyan və Morteza Haq Bəyan adlı iki kürd jurnalistin məsələsinə baxaraq cəza kəsib.

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsindən (CPJ) avqustun 10-da bayraqdar.info-ya daxil olan xəbərə görə, məhkəmə jurnalistlərin hər birini 2,5 illik həbsə məhkum edib. Eyni zamanda onların hərəsinə 90 şallaq vurulması da qərarlaşdırılıb.

Jurnalistlərin belə cəzaya məhkum edilməsinə səbəb kimi yalan xəbərlər yaymaları göstərilib.

İndi jurnalistlərin apellyasiya şikayəti verməsi lazımdır. Əgər bu mərhələdə də haqlı olduqlarını sübut edə bilməsələr qeyd olunan cəzanı çəkməli olacaqlar: 2,5 illik həbs və 90 şallaq.

CPJ İran məhkəməsinin bu hökmünü insan haqları pozuntusu kimi qiymətləndirərək jurnalistlərə qarşı təqibləri dayandırmağa çağırıb.

Mission News Theme by Compete Themes.