Press "Enter" to skip to content

“YAŞAT” düşərgəsinin dördüncü həftəsi

Bayraqdar.info – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin dördüncü həftəsi başlayıb. İlkin olaraq açılış mərasimi, komanda ilə tanışlıq təşkil olunub. Sonra isə psixoloqlar tərəfindən qrup oyunları həyata keçirilib. Günün sonunda Azərbaycanın Xalq artisti Miri Yusifin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bu barədə bayraqdar.info-ya avqustun 10-da “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, müxtəlif maraqlı tədbir və proqramların keçiriliməsi nəzərdə tutulan düşərgənin dördüncü həftəsi şəhidlərimizin 12-14 yaş həddi arasında olan övladlarını əhatə edir.

Vurğulanıb ki, düşərgə boyunca uşaqlar sığortalanmış və davamlı olaraq həkim və psixoloqlar tərəfindən müşayiət olunacaqlar.

2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.

Mission News Theme by Compete Themes.