Bayraqdar.info – Avqustun 7-də Təbriz şəhərinin milli fəalları Sulduzda baş verən aksiyalara dəstək nümayiş etdirib.
Şəhər küçələrində divarlarda “Azadlıq, ədalət, milli hökumət”, “Azadlıq verilməz, alınar”, “Yaşasın Azərbaycan” və digər şüarlar yazılıb.
Qeyd edək ki, 7 avqust tarixində Sulduzda şəxsi zəmində baş verən mübahisəni bəhanə edən mühacir kürdlər təxribat törətməyə cəhd ediblər.
Təxribatçı kürd fəallar “Nəqədə Kürdüstandır” və digər bölücü şüarlar səsləndirib və şəhərin millət vəkilinin əleyhinə ifadələr işlədiblər.
Bundan sonra yerli Sulduz gəncləri iğtişaşçılara cavab olaraq küçələrə çıxıb və “Bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz” şüarları səsləndiriblər.
Qarşıdurma zamanı iki nəfərin öldüyü, bir nəfərin ağır yaralandığı bildirilib.
Ölənlərdən birinin Məhəmməd Əlizadə, digərinin isə Fərdin İbrahimi olduğu qeyd olunur.
“Kürdüstan Demokrat Partiyası” adlanan quruma yaxın media qaynaqları bu xəbəri qərəzli şəkildə yayınlayıblar.
Kürd saytları Fərdin İbrahiminin partiyanın rəhbərlərindən olan və avqustun 7-də İraqın Ərbil şəhərində öldürülən Musa Babaxani ilə birgə silahlı fotosunu “faşist türklərin əli ilə öldürülən şəhid” qeydi ilə yayıblar.
Onun xüsusi polis qüvvələrinin açdığı atəş nəticəsində öldürüldüyü qeyd olunur.
Qaynaq: GünAz.TV