Press "Enter" to skip to content

Ömer Çelikdən Ersin Tatara təşəkkür – VİDEO

Ömer Çelik

Bayraqdar.info – Türkiyədə baş verən yanğınlar zamanı dost ölkələr öz yardımlarını əsirgəmədilər. Təbii ki, bu sırada yavru Vətən Kuzey Kıbrıs Türk Cümhuriyyəti də vardı. Kuzey Kıbrıs Türk Kızılayı bu məqsədlə “Qəlblərə su səpək” şüarıyla yardım kampaniyasına başlamışdı.

Bu günlərdə isə Türkiyədən dəstək verən ölkələrə, o cümlədən KKTC-yə təşəkkür ünvanlanıb. AK Parti başqanının yardımçısı və partiya sözçüsü Ömer Çelik, Türkiyənin meşə yanğınlarıyla mübarizəsinə dəstək verdikləri üçün KKTC-yə və bütün digər ölkələrə təşəkkür edib.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, AK Parti qərargahında mətbuat konfransı keçirən Ömer Çelik, “KKTC Cümhurbaşqanı Ersin Tatara ölkəmizə gələrək Kıbrıs türklərinin dəstəyini göstərdiyinə görə təşəkkür edirik” deyib.

Mission News Theme by Compete Themes.