Son yeniləmə: 10 Avqust 2021 09:07
Bayraqdar.info – Sulduzda baş verən etiraz aksiyaları böyük rezonans doğurub. Son hadisələrlə bağlı Azərbaycan Milli Hərəkatının Sulduz qanadı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Haqqıın hakim olmadığı cəmiyyətlərdə həqiqətlər hər zaman saxtalaşdırılır. Sulduzluların son dirənişi uzun illər müstəmləkə zülmünün və istismarın kölgədə qoyduğu həqiqətlərin indi gün işığına çıxmasının nəticəsidir.
Ancaq təəssüflə qeyd etməliyik ki, Sulduzda baş verən son hadisələr və yerli sakinlərdən biri ilə mühacir kürdlər arasında yaranan qarşıdurma özümüzünkü hesab etdiyimiz və başqa mətbuat orqanları tərəfindən senzura ilə qarşılaşdı.
Bir sıra şəxslər partiya maraqları xatirinə, bir dəstə isə sadəlövhlükdən və başqa bir kəsim də aldanaraq məsələyə fərqli yanaşdı”.
Sənəddə qeyd olunur ki, Azərbaycan cəmiyyəti bir sıra pozucu qüvvələrin iddia etdiyi kimi şiddətli yoxsulluq və ictimai böhrandan əziyyət çəkmir.
“Azərbaycanlıların tarixi keçmişi sülh, dostluq və eyni halda igidliklə zəngindir.
Azərbaycan xalqının “özümüzünkülərin” və mərkəziyyətçilərin sadəlövh və aldadıcı səthi təhlillərinə ehtiyacı yoxdur.
Bu gün faktlara əsasən azərbaycanlı türk gəncin ideyalarına söykənərək torpaq iddiaları, təhqir və istemar və onun əlaltılarının qarşısında özünü müdafiə etdiyinin şahidiyik.
Biz Güney Azərbaycan Milli Hərəkatının Sulduz qanadı olaraq bildiririk ki, bu günə kimi torpaq və mədəniyyətimizi yalançı siyasətlərin qurbanı etməmişik və bu gündən sonra da etməyəcəyik.
Gələcək bizimdir, yaşasın Vətən!” – bəyanatda qeyd olunur.
Qaynaq: GünAz.TV