Bayraqdar.info – “Bakı Metropolteni” Qapalı Səhmdar Cəmiyyəti Futbol üzrə UEFA Çempionatının final mərhələsinin oyunları zamanı könüllülərin xidmətindən istifadə edib.
Avqustun 10-da Metropolitenin Mətbuat xidmətindən bayraqdar.info-ya bidirilən xəbərdə qeyd edilib ki, çempionat zamanı metronun nümunəvi xidmətinin təşkilində könüllülərin də zəhmət payı var.
Könüllülər əsasən, sərnişinlərin və paytaxta təşrif buyurmuş qonaqların Metropolitendə koordinasiyalı hərəkətini, yarış məkanına və sosial-mədəni obyektlərə səmtin rahatlıqla müəyyənləşdirməsini, gediş haqqının ödənilməsi və istifadə qaydalarının izah olunmasını təmin ediblər.
“İki növbəli rejimdə işi qurulan 38 könüllü həmçinin, sərnişinlərə faydalı məlumatları, paytaxtın zəngin tarixi-mədəni irsi, sosial-mədəni və iaşə obyektləri barədə məlumatlar veriblər. Sərnişinləri yaddaş kitabçaları, şəhər və Avropa çempionatı haqqında məlumat broşürləri və digər vəsaitlərlə təmin ediblər.
“Qeyd edək ki, layihə Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Yeddi stansiyada (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) üzərində “Ask me” (“Məndən soruş”) yazılmış xüsusi geyimlərdə olan könüllülərin fəaliyyəti “Bakı Metropoliteni” QSC tərəfindən yüksək qiymətləndirilib.
“Bununla əlaqədar AKTİ-də görüş keçirilib. Tədbirdə hər bir könüllüyə Metropoliten kimi mürəkkəb funksiyalı nəqliyyat vasitəsində yüksək səviyyədə bacarıq nümayiş etdirdiklərinə görə qurumun rəhbərliyi adından təşəkkür elan edilib. Onlara hədiyyə və müvafiq sertifikatlar təqdim olunub.
“Metropolitenin nümayəndələri ölkəmizdə bu hərəkatın inkişafında, eləcə də, gənclərin ictimai fəallığının artırılmasında xüsusi rol oynayan AKTİ ilə gələcəkdə əməkdaşlığın daha geniş şəkildə qurulması barədə fikir mübadiləsi aparıblar”, – deyə xəbərdə bildirilir.