Press "Enter" to skip to content

Fars-molla rejimi daha bir Azərbaycan ziyalısını həbs edib

Bayraqdar.info – Tehranda yaşayan tanınmış yazıçı və ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən saxlanılıb və naməlum yerə aparılıb.

Yaxınlarının bildirdiyinə görə, o, zəmanət vəsiqəsini dəyişdirmək üçün Dövlət və İnqilab Məhkəməsi Qərarların İcrası İdarəsinin 2-ci bölməsinə gedib. Məhkəmə məsulları onun zəmanət vəsiqəsinin dəyişdirilməsi ilə razılaşmayıb və yazıçı həbs olunub.

Onun harada saxlanılması ilə bağlı məlumat olmasa da, yaxınları Əkbər Azadın bundan öncə ittiham olunduğu 2 il həbs və 2 il sürgün cəzasının tətbiqi ilə bağlı saxlanıldığını ehtimal edirlər.

Ə.Azad müxtəlif xəstəliklərdən, o cümlədən dəri xərçəngindən əziyyət çəkir və davamlı müalicəyə ehtiyacı var. Onun yaxınları həbsxana şəraitində onun sağlamlıq durumunun pisləşəcəyindən narahat olduqlarını deyirlər.

Qeyd edək ki, Ə.Azad, Behnam Şeyxi, Həmid Mənafi və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunmuşdular.

Qanunun 499-cu maddəsinə əsasən, onların hər biri Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilmışdi.

“Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq”da ittiham olunan fəallar Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum edilib.

Xəbərin əsli: oyrenci.org

Mission News Theme by Compete Themes.