Press "Enter" to skip to content

Bu il ərzində min altı yüzdən çox şəxsə təkərli oturacaq verilib

Bayraqdar.info – Cari ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqların verilməsinə başlanıb. Ötən dövrdə artıq 700-ə yaxın mühərrikli təkərli oturacaq bu kateqoriyadan olan şəxslərə, o cümlədən müharibə əlillərinə təqdim edilib.

Bu barədə bayraqdar.info-ya avqustun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mühərrikli təkərli oturacaqlar Türkiyənin “Wollex” sirkəti tərəfindən istehsal olunub. Əlilliyi olan şəxslərə sərbəst hərəkət imkanı verən bu oturacaqlar mühərrik hesabına işləyir, coystiklə idarə edilir. Coystik üzərində istifadəçinin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq və beşpilləli sürət səviyyəsini tənzimləyən düymələr yerləşir. 12 dərəcəli eniş zamanı hərəkət edə bilən bu təkərli oturacaqlar enerji ilə tam təmin olunduqda 20 km məsafə qət edirlər.

Eyni zamanda, bu il ƏƏSMN tərəfindən əlilliyi olan şəxslərə 933 mexaniki təkərli oturacaq da verilib. Beləliklə, cari ilin ötən dövründə həmin kateqoriyadan olan ümumilikdə 1 min 600-dən çox şəxs təkərli oturacaqla təmin olunub.

Mission News Theme by Compete Themes.