Press "Enter" to skip to content

Bolqarıstan da Azərbaycanın təcrübəsini mənimsəməkdə maraqlıdır

Prezident İlham Əliyev

Bayraqdar.info – Prezidentin Mətbuat xidmətinin avqustun 9-da axşam yaydığı xəbərə görə, Bolqarıstan Prezidenti Rumen Radev həmin gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Bolqarıstana təkcə təbii qaz deyil, elektrik enerjisinin də ixracına başlayıb və bu da energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır”.

Bolqarıstan Prezidenti söhbət əsnasında Azərbaycanda yaradılmış sosial innovasiya mərkəzlərinin əhəmiyyətini vurğulayıb, bu sahədə təcrübəyə maraq göstərib.

Eyni zamanda R.Radev Azərbaycan Prezidentini Bolqarıstana səfərə dəvət edib: “Prezident İlham Əliyev dəvətə görə minnətdarlıq ifadə edərək, bu səfərin münasib vaxtda həyata keçiriləcəyini bildirib”.

Mission News Theme by Compete Themes.