Bayraqdar.info – Avqustun 11-də Yardımlı rayonunun Dəlləkli kəndində “Azəriqaz” İB-nin səyyar qəbul otağı təşkil olunacaq.
İB-dən bayraqdar.-info-ya bildirilib ki, “Açıq mikrofon” aksiyasında iştirak edəcək sakinlər qaz təchizatı ilə bağlı istənilən problem və təkliflərini rahat şəkildə səsləndirə bilərlər.
“Bu rahatlığı təmin etmək üçün bəzi məsələlər nəzərə alınıb. Belə ki, sakinlərin sərbəst, ehtiyat etmədən problemlərini, şikayətlərini dilə gətirməsi üçün aksiyaya aidiyyəti üzrə olan və ya olmayan hansısa səlahiyyətli şəxslərin iştirakı nəzərdə tutulmayıb. Aksiya saat 11:00-dan 14:00-a qədər davam edəcək”, – deyə “Azəriqaz”dan bildirilib.