Press "Enter" to skip to content

Güney Azərbaycan: Sosial media fəalı Rza Əsgəriyan həbs olunub

Bayraqdar.info – Şərqi Azərbaycan əyalətinin Sərab şəhərindən olan sosial media fəalı Rza Əsgəriyan saxlanılıb. Təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəal naməlum yerə aparılıb.

Onun “Sərablılar” Instagram hesabında etdiyi paylaşımlara görə saxlanıldığı ehtimal edilir. Lakin rəsmi olaraq nədə ittiham edildiyi və harada saxlanıldığı barədə məlumat yoxdur.

Təsdiq olunmamış bir sıra qeyri-rəsmi məlumatlara görə, R.Əsgəriyan “din və hökumət əleyhinə məlumatlar yaydığına görə” saxlanılıb.

Bundan öncə 6 avqust, cuma günü SEPAH-a yaxınlığı ilə tanınan İranın “Fars” Xəbər Agentliyi “təhlükəsizlik məmurları “Sərablılar” sosial media hesabını idarə edənləri həbs etdi” deyə xəbər yayımlamışdı.

Xəbərdə saxlanılanların kimliyi açıqlanmasa da sonradan onlardan birinin R.Əsgəriyan olduğu bəlli olub.

Bu həbslərə görə Sərab şəhərinin cümə imamı Əli Əkbər Əkrəmi təhlükəsizlik məmurlarına öz təşəkkürünü bildirib.

Mission News Theme by Compete Themes.