Press "Enter" to skip to content

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı

Bayraqdar.info – Avqustun 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri müzakirə ediblər. O cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələlər də müzakirə olunub.

Tərəflər, eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Mission News Theme by Compete Themes.