Press "Enter" to skip to content

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefon əlaqəsi saxlayıb

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu

Bayraqdar.info – Avqustun 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyət və həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.

Nazir M.Çavuşoğlu Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürən və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib.

Yanğınsöndürmə prosesinin gedişatı barədə məlumat verən M.Çavuşoğlu Antalyada yanğınların qarşısının alındığı və zərər çəkmiş infrakstrukturun bərpa olunması istiqamətində işlərin getdiyini qeyd edib. Eyni zamanda o, bir sıra digər yerlərdə yanğının qarşısının alınması üzrə əməliyyatların hələ də davam etdiyini bildirib.

Öz növbəsində C.Bayramov Azərbaycan tərəfinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və ehtiyac duyulan bütün dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.