Press "Enter" to skip to content

Azərbaycanın İrandakı səfiri geri çağırıldı, yenisi təyin edildi

Prezident İlham Əliyev

Son yeniləmə: 7 Avqust 2021 21:15

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də ölkənin İrandakı səfiri Bünyad Hüseynovun geri çağırılması haqqında Sərəncam verib. Eyni Sərəncamla B.Hüseynov həm də Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Eyni zamanda Prezident İ.Əliyev İrana yeni səfir də təyin edib. Bu, özünün Pakistandakı səfirliyi dönəmində uğurlu fəaliyyəti ilə diqqət çəkmiş Əli Əlizadədir. O, bu yaxınlarda Pakistandakı vəzifəsindən geri çağırılmışdı.

Prezidentin Sərəncamıyla Ə.Əlizadə həm də Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

İrana səfir təyin edilmiş Ə.Əlizadə özünün sosial media hesabında paylaşım edərək göstərilən etimadı ən yüksək səviyyədə doğruldacağını bildirib.

Mission News Theme by Compete Themes.