Press "Enter" to skip to content

Şəhidlərin xatirəsi yad edilib – VİDEO

Bayraqdar.info – Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş gizir Ələkbərov Naiq Faiq oğlunun ailəsi ziyarət olunub.

Müdafiə Nazirliyindən avqustun 5-də verilən məlumatda deyilir ki, əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, hörmətlə anılıb. Vətən üçün belə cəsur oğul böyütdüklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlıq ifadə olunub.

Cəsur döyüşçünün xatirəsini yad etməyə gələnlər N.Ələkbərovun evində düzəldilmiş “Şəhidlər ölməz – Vətən bölünməz” guşəsinə baxıblar. Guşəyə cəsur döyüşçünün bir vaxtlar oxuduğu kitablar, fotoları, müxtəlif illərdə xidmətdə fərqləndiyinə görə aldığı fəxri fərmanlar və Vətən müharibəsində qəhrəmanlığı sayəsində layiq görüldüyü orden və medallar qoyulub.

“Gizir N.Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Prezidentin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidlyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

“Sonda şəhid gizirin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

“Daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən şəhid İlkin Zülfüqarovun və Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

“Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

“Anım mərasimində hər iki şəhidin həyat və döyüş yolundan bəhs edən video-çarx nümayiş etdirilib. Çıxış edənlər İ.Zülfüqarov və N.Ələkbərovla bağlı olan xatirələrini dilə gətiriblər.

“Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar ifa ediblər”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.