Press "Enter" to skip to content

Kuzey Kıbrısdan Türkiyəyə qardaş dəstəyi

Baraqdar.info – Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri mətbuata açıqlama verib.

KKTC-nin ölkəmizdəki nümayəndəliyindən verilən məlumata görə, Türkiyədə təxminən bir həftədir davam edən meşə yanğınları məsələsinə toxunan səfir çətin bir prosesdən keçildiyini bildirib. Səfir bu çətin prosesin tezliklə geridə qoyulacağına əmin olduğunu deyib.

Səfir açıqlamasında “yanğınlarla müabrizədə öz dəstəyini əsirgəməyən KKTC-də yaşayan bütün qardaşlarımıza təşəkkür edirəm” deyə bildirib.

Bu arada isə bəlli olub ki, Kuzey Kıbrıs Türk Kızılayı Başqanı Sezai Sezen və onu müşayiət edən heyət Türkiyədə davam edən meşə yanğınları ilə mübarizəyə dəstək olmaq üçün Antalyaya gedir. Kuzey Kıbrıs Türk Kızılayından verilən açıqlamada qurumun “Qəlblərə su səpək” şüarıyla başlatdığı yardım kampaniyasının ardından Antalyaya dəstək ziyarəti ediləcəyi bildirilib.

Mission News Theme by Compete Themes.