Press "Enter" to skip to content

ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 390 minədək e-arayış verilib

Bayraqdar.info – Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib.

Bu barədə bayraqdar.info-ya avqustun 5-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti istifadəyə verilib.

E-arayışlar əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində verilib.

Beləliklə də sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları artıq hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.