Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə iqtisadi aktivliyin bərpası və sahibkarlıq subyektlərinin artımı ilə bağlı rəqəmlər açıqlayıb.
Nazir özünün sosial media hesabında avqustun 5-də bununla bağlı paylaşım edib: “Ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. 2021-ci ilin 6 ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 640 min 401, ƏDV ödəyicilərinin sayı 8,9 faiz artaraq 31 min 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8 faiz artaraq 176 min 794 təşkil edib”.
2021-ci ilin 6 ayında aktiv #vergiödəyiciləri-nin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640.401, #ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31.738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176.794 təşkil edib.#İqtisadiyyat #Vergi #Vergilər #EconomyAz pic.twitter.com/rul4dVU7Oa
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 5, 2021
Əlavə edək ki, M.Cabbarov sosial mediadan effektiv və operativ istifadə etməklə ictimaiyyətin məlumatlandırılmasına gərəkli töhfələr verməsi ilə fərqlənir. Özəlliklə də islahatlar dalğasında vəzifəyə təyin edilmiş nazirlər arasında onunla bərabər bir neçə nazir də yeni texnologiyaların imkanlarından effektiv istifadə edir. Bu isə ölkə başçısının şəffaflıq və hesabatlılıqla bağlı tələblərinə ciddi yanaşmanın olmasından xəbər verir. Lakin təəssüflər olsun ki, bir sıra vəzifəlilər hələ də bu tələblərə uyğun iş qura bilmirlər…