Press "Enter" to skip to content

Kuzey Kıbrıs Azərbaycana yeni təmsilçi təyin edib. Tanıtma

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Bakıya yeni təmsilçi təyin edib. Bakıdakı təmsilçilikdən bayraqdar.info-ya verilən xəbərə görə, bu, Mustafa Kemal Beyazbayram adlı təcrübəli diplomatdır.

M.K.Beyazbayram 1 avqust 1970-ci ildə anadan olub. Orta məktəbi Kuzey Kıbrısda bitirdikdən sonra 1993-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsindən məzun olub. 1994-cü ildə isə həmin Universitetdə BMT və beynəlxalq qurumlar istiqaməti üzrə müdafiə edib.

Yeni təmsilçi ana dili türkcə ilə bərabər azərbaycan, ingilis və rus dillərində də sərbəst danışır.

1999-cu ildən KKTC Xarici İşlər Nazirliyi sistemində işləyən M.K.Beyazbayram bir müddət Bakıdakı Türkiyə səfirliyində təhsil, mədəniyyət, idman və Kıbrıs işlərindən sorumlu ikinci katib olaraq işləyib: 2003-2007.

2007-2011-ci illərdə KKTC XİN-də İslam Konfransı Təşkilatı, iqtisadi, mədəni və sosial işlər müdirliyində işləyib.

M.K.Beyazbayram 2011-2015-ci illərdə KKTC London təmsilçiliyində konsul olaraq çalışıb.

2015-2017-ci illərdə yenidən KKTC XİN-də işlədikdən sonra Türkiyənin Antalya şəhərinə baş konsul olaraq göndərilib. Azərbaycana təyinat alanadək ölkəsini bu vəzifədə təmsil edib.

Təmsilçilikdən verilən xəbərə görə, diplomat artıq Bakıda yeni vəsifəsinin icrasına başlayıb.

Mission News Theme by Compete Themes.