Press "Enter" to skip to content

Güney Azərbaycanda məktəb binaları çatışmır

Bayraqdar.info – Güney Azərbaycanda orta məktəb binaları çatışmır. Güneyli xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb.

İranın Təhsil Nazirliyi vəsait azlığını bəhanə gətirərək Güney Azərbaycanda məktəb tikintisinə diqqət ayırmır. Bu problemin həllini xeyriyyəçi maarifpərvər iş adamları öz üzərinə götürüb.

Əhər şəhəri Təhsil İdarəsinin başçısı Nasir Purfəthi avqustun 4-də mətbuat nümayəndələri ilə görüşündə bildirib ki, bölgədə yeni təhsil ocaqlarının tikintisinə ehtiyac olduğundan yerli xeyriyyəçilər bu sahədə fəaliyyətlərini artırıb.

Purfəthi Rehyani və Şorakəndi ailələrinin ayırdığı vəsait hesabına Bərmis, Yağbəstili və Qaraburun kəndlərində 3 məktəbin inşasının başlandığı barədə xəbər verib.

Təhsil İdarəsinin başçısı deyib ki, şəhərin 18 sinif otağından ibarət Diziliş məktəbinin inşası yarımçıq qalıb. Layihə hazırda xeyriyyəçilər tərəfindən davam etdirilir və qarşıdakı həftə ərzində məktəbin açılış mərasimi keçiriləcək. (Qaynaq: GünAz.TV)

Əlavə edək ki, İranda nəinki məktəb və təhsil, hazırda bütün sahələr bərbad durumdadır. Bir tərəfdən əhalinin içməli su ilə imtahana çəkilməsi, digər tərəfdən COVID-19 xəstəliyinin hədsiz artımı, üçüncü bir tərəfdən iqtisadi çöküş ölkəni fəlakət həddinə gətirib. Bütün bunlarla bərabər fars-molla rejimi hələ də əhalinin yarısını təşkil edən türklərin ana dilində təhsil almasına izn vermir. Bütün ölkə “islam” dini adı altında yalnız fars dilində təhsil almağa məcbur edilir.

Mission News Theme by Compete Themes.