Bayraqdar.info – Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas qruplardan olan 826 şəxsə münasib iş yerlərinə göndəriş verilib. Göndərişlər sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində verilib. İşlə təmin edilənlərin mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır.
Bu barədə bayraqdar.info-ya avqustun 4-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, göndəriş verilən şəxslərdən artıq 264 nəfəri ilə işə götürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar. Hazırda digərləri ilə də əmək müqavilələrinin bağlanması prosesi davam edir.
Proqramda iştirak üçün bu günədək 114 işə götürən ilə müqavilə imzalanıb və göndəriş verilən şəxslər də həmin işə götürənlərə aid müəssisələrdə işlə təmin olunurlar.