Press "Enter" to skip to content

Fahrettin Altun: Nizamsız köçü təşviq edəcək çağırış qəbuledilməzdir

Fahrettin Altun

Bayraqdar.info – “Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq.”

Türkiyənin ölkəmizdəki səfriliyindən avqusutun 4-də bayraqdar.info-ya verilən məlumata görə, bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının rəhbəri Fahrettin Altun deyib.

F.Altun ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasını narahatedici adlandırıb.

Məsələ ilə bağlı Bloomberg-ə danışan F.Altun daha sonra bildirib: “ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəkləriylə bağlı çağırışı bizi çox narahat edir. Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir. Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”.

Mission News Theme by Compete Themes.