Press "Enter" to skip to content

Ersin Tatar: Kıbrıs türkləri ümidlərini itirmədən daim Toroslara baxdı

Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar həyat yoldaşı Sibel Tatarla birlikdə Kıbrıs Türk Kültür Dərnəyi (KTKD) İstanbul şöbəsinin 20 Temmuz Barış Hərəkatının 47-ci ildönümünə həsr olunmuş tədbirinə qatılıb.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, İstanbul Arxeologiya Muzeyinin bağçasındakı tədbirdə çıxış edən E.Tatar bir sira mühüm mesajlar verib.

Kıbrıs türklərin qırğınlara məruz qaldığını və çox çətin dövrlər yaşadığını qeyd edən E.Tatar daha sonra bildirb: “Dəfələrlə soyqırıma məruz qalmışıq. 1878-ci il Kıbrıs türkləri üçün ən ağrılı illərdən biri idi. Çünki 1571-ci ildə bir illik müharibədən sonra venesiyalılardan aldığımız Kıbrıs 308 illik hökmranlıqdan sonra ingilislər tərəfindən kirayəyə götürüldü və sonra qanunsuz olaraq qəsb edildi. Kıbrıs türkləri yalqızlıq içərisində, lakin ümidlərini itirmədən daim Toros dağlarına baxdı”.

E.Tatar, çıxışında həmçinin, 1900-cü illərin əvvəllərində 60 min kıbrıslı türkün Türkiyəyə, daha sonra üçüncü ölkələrə köç etdiyini bildirib.

Qeyd edək ki, tədbirdə İstanbul valisi Ali Yerlikaya, 1-ci Ordu Komandanı general Musa Avsever, KTKD İstanbul şöbə başqanı Zehra Bilge Eray, Kıbrıs qaziləri və digər qonaqlar da iştirak edib.

Mission News Theme by Compete Themes.