Press "Enter" to skip to content

Ermənistanda universitetlər tələbə üzünə həsrətdir

Bayraqdar.info – Təcavüzkarlığıyla ad çıxarmış Ermənistan indi də daha bir problemlə üzləşib. Bəlli olub ki, cari ildə Ermənistan universitetlərinə qəbul üçün ayrılmış 15 min yer boş qalacaq. Çünki erməni gəncləri öz ölkələrində deyil, xaricdə oxumağa üstünlük verir.

Bu haqda Sputnik Armenia yazır. Daha doğrusu, onun köşə yazarı Sergey Bablumyan öz müəllif yazısında qeyd edir.

Müəllif yazısında bunun səbəblərinə də toxunur. O, qeyd edir ki, erməni gənclərinin öz ölkəsini qoyub başqa ölkədə təhsil almağa üz tutması həm də Ermənistanın perspektivsizliyi ilə bağlıdır.

Müəllif yazısında Ermənistan mediasına istinadla bildirir ki, 2021-ci ilin ilk yarısında ölkəni tərk edib təkcə Rusiyaya sığınanların sayı ciddi şəkildə artıb. S.Bablumyana görə, ölkədə yeni rekord qeydə alınıb. Lakin bu rekord əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə bağlı deyil. Əksinə, yeni “rekord” Ermənistan vətəndaşlarının öz ölkələrindən imtina etməsilə bağlıdır. Və qeyd olunan dövrdə 21,9 min Ermənistan vətəndaşı təkcə Rusiyaya köçərək vətəndaşlıq alıb. Bu isə ötən ilin uyğun dövrü ilə müqayisədə 1,6 dəfə (7,8 min nəfər) çox deməkdir…

S.Bablumyan öz yazısında birlikdə təyyarədə ABŞ-a uçduqları bir gənclə bağlı maraqla məqama toxunur. Green Card udaraq ABŞ-a yollanan erməni ailəsinin bu gənc övladının bəxti həm də ona gətiribmiş ki, o, Ermənistan ordusunda qulluq etməli olmayacaq. Çünki sonuncu müharibə bu orduda xidmət edənlərin sadəcə canlı hədəfdən başqa bir şey olmadığını göstərib… Sonuncu sözlər ABŞ-a köçən ailənin babasına aiddir…

Mission News Theme by Compete Themes.