Press "Enter" to skip to content

“Azəriqaz”dan “Səyyar qəbul otaqları” və “Açıq mikrofon”

Bayraqdar.info – Avqustun 4-dən etibarən “Azəriqaz” İB “Səyyar qəbul otaqları”nın təşkilinə başlayır. Eyni zamanda buna “Açıq mikrofon” aksiyası da demək olar.

“Azəriqaz” İB-dən bayraqdar.info-ya avqustun 3-də bildirilib ki, “Səyyar qəbul otaqları”nın təşkilində əsas məqsəd vətəndaşların şikayət və problemlərini rahat şəkildə çatdırmasına şərait yaratmaq və onların mövcud problemlərinə operativ reaksiya verməkdən ibarətdir.

“Vətəndaşların əsas üstünlüyü ondan ibarət olacaq ki, onların “Açıq mikrofon” vasitəsilə dilə gətirdiyi problemlər birbaşa “Azəriqaz” İB-nin baş direktoru və müavinləri səviyyəsində dinləniləcək və həlli üçün müvafiq göstərişlər veriləcək, icrasına birbaşa nəzarət olunacaq. “Səyyar qəbul otağı” ilk olaraq Suraxanı rayonu Hövsan qəsəbəsindəki yeni yaşayış massivində (“Ucuzluq” marketin yanı) reallaşacaq”, – deyə “Azəriqaz” İB-dən bildirilib.

Qeyd edilib ki, həmin ərazidə yaşayan sakinlər avqustun 4-də saat 10:00-dan 13:00-a qədər “Açıq mikrofon”un imkanlarından istifadə edə bilərlər. Məlumat üçün bildirilir ki, “Səyyar qəbul otaqları” ölkənin bütün regionlarını əhatə edəcək. “Açıq mikrofon”ların quraşdırılacağı məkanların ünvanı əvvəlcədən elan olunacaq.

Mission News Theme by Compete Themes.