Son yeniləmə: 2 Avqust 2021 09:16
Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana ölkəsindəki yanğınlarla bağlı insan tələfatından dolayı başsağlığı verib.
Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.
“Türkiyənin bir sıra vilayətlərindəki yanğınlar səbəbindən insanların tələf olması xəbərlərinə görə dərin üzüntü içindəyəm. Bu çətin günlərdə Türkiyə xalqına hazırkı təbii fəlakətin nəticələrini aradan qaldırmaqda mətanət və dözüm arzu edirəm.
“Qırğızıstan Respublikası və şəxsən öz adımdan həlak olanların yaxınlarına başsağlığı verir və zərərçəkmişlərin hamısına tezliklə yaralarını sarmağı arzu edirəm”, – deyə başsağlığı xəbərində bildirilir.
Əlavə edək ki, iyulun 28-dən Türkiyəni sarmış yanğınlarda ən azı 7 nəfərin həlak olduğu, 500 civarında şəxsin yaralandığı bildirilir. İlk gündən Azərbaycan qardaş ölkəyə yardımını təklif etmiş, artıq yüzlərlə yangınsöndürən kömək üçün göndərilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığıyla 500 nəfərlik heyət Türkiyəyə yardım üçün hazırlanıb. Onların bir qismi artıq hadisə yerində yanğınları söndürür. Digər qismi də yoldadır.
Azərbaycanla bərabər Qazaxıstan və Özbəkistan da qardaş ölkəyə yardımlarını təklif edib. Qazaxıstanın Türkiyədəki səfiri bildirib ki, ölkəsi yanmış ərazilərdə meşələrin bərpasında yaxından iştirak etmək fikrindədir.
🇰🇿🇹🇷Kardeş Türkiye’mize geçmiş olsun! Bu zor günde acınız acımızdır.
Elbette yüreğimizdeki ateşi söndürmez ancak ilk olarak Manavgat’ta, Bakanlığın istediği kadar alanı üstlenerek Kazakistan-Turkiye Dostluk Ormanı kurmaya ve vakit kaybetmeden yaraların sarılmasına katılmaya pic.twitter.com/OwBWeDwILg— Qazaq 🇰🇿 Embassy to Turkey (@KZEmbassyTR) July 30, 2021