Bayraqdar.info – Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi keçiriləcək.
DİM-dən bayraqdar.info-ya bildirilib ki, bu imtahanda iştirak etmək üçün 966 namizəd qeydiyyatdan keçib.
Xatırladaq ki, iştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər.