Press "Enter" to skip to content

Müdafiə naziri xidməti müşavirə keçirib

Bayraqdar.info – Avqustun 2-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Məlumat avqustun 2-də bayraqdar.info-ya Müdafiə Naziliyindən verilib.

Xəbərdə bildirilir ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, Nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Eləcə də, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də müşavirəyə qoşulublar.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran nazir bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.

“Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Z.Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin, döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib”, – deyə xəbərdə qeyd edilir.

Tədris ilinin ikinci yarısında Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov işlərin qısa zamanda yekunlaşdırılması, qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsi ilə bağlı göstərişlər də verib. O, həmçinin, hərbi hissələrin, xüsusilə də yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin və mövqelərin qışa hazırlığının təmin edilməsi, hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılması barədə komandir-rəis heyətinə tapşırıqlar verib.

Mission News Theme by Compete Themes.