Press "Enter" to skip to content

Fumiqasiya – zərərsizləşdirmə tədbirləri keçirilir

Bayraqdar.info – “Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən ölkənin bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirilib.”

Bu sözlər avqustun 2-də Kənd Təsərrüfatı Nazirliyindən bayradar.info-ya verilən məlumatdandır.

Məlumatda qeyd edilir ki, Fumiqasiya Mərkəzi tərəfindən iyul ayı ərzində fiziki və hüquqi şəxslərin müraciəti əsasında Respublika ərazisində 13 milyon 683 min 50 ton dənli və paxlalı bitkinin məhsulları zərərsizləşdirilib. Həmçinin, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 9 milyon 701 min 84 kub m meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 214 min 950 kub m saxlanma yeri, 2 min 274 kub m yaş meyvə-tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 45 min kv m istixana zərərsizləşdirilib.

Nazirlik qeyd edir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Onlar fitosanitar tədbirlərin pozulmasına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddələr yüksək toksiki olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

Mission News Theme by Compete Themes.