Press "Enter" to skip to content

Daha 71 uşaq sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb

Bayraqdar.info – Əlilliyi olan və sağlamlıq imkanları məhdud daha 71 uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Bu barədə bayraqdar.info-ya avqustun 2-də Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən yola salınan həmin uşaqlar Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərində müalicə alacaqlar.

Sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndərilib. Xəstəliklərinə uyğun olaraq Agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salının şəxslərdən bir hissəsi “Duzdağ” Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasında müalicə alacaq.

Digər hissəsi isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə prosedurlarına cəlb olunacaq.

Agentlik tərəfindən 2021-ci ilin ötən dövründə ümumilikdə 500-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Mission News Theme by Compete Themes.