Press "Enter" to skip to content

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında məğlub olub

Bayraqdar.info – Milli Olimpiya Komitəsindən bayraqdar.info-ya verilən xəbərə görə, Tokio Olimpiadasında 77 kq çəki dərəcəsində çıxış edən və Azərbaycanı təmsil edən yunan-Roma güləşçisi Rafiq Hüseynov dörddə bir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub.

MOK-dan qeyd edilir ki, güləşçi ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlmişdi.

Mission News Theme by Compete Themes.