Bayraqdar.info – Azərbaycan Prezidentinin tapşırığına əsasən yola salınmış Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb.
Bu haqda xəbəri avqustun 2-də FHN yayıb.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş ölkəyə çatıb. Qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir”, – deyə xəbərdə bildirilir.
FHN əladə edib ki, qrupu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı yerli sakinlər də qarşılayıb.