Press "Enter" to skip to content

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

Bayraqdar.info – Avqustun 2-də Azərbaycan Milli Kino Günüdür. Ümummilli lider H.Əliyevin 2000-ci il, 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Milli Kino Günü” adlı virtual sərgi hazırlanıb.

Bu barədə avqustun 2-də bayraqdar.info-ya Milli Kitabxanadan xəbər verilib.

Xəbərdə bildirilir ki,1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır. Xatırladılır ki, bu hadisə Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra baş verb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin milli kinomuz haqqında fikirləri, rəsmi sənədlər, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Mission News Theme by Compete Themes.