Bayraqdar.info – Buzovna, Sahil, Şıx, Pirşağı, Goradil, Novxanı ictimai çimərliklərində ASAN könüllüləri fəaliyyət göstərirlər. Sözügedən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə ASAN könüllüləri prosesə cəlb ediliblər.
Eyni zamanda könüllülər tərəfindən vətəndaşlar arasında əyləncəli, hədiyyəli oyunlar və müsabiqələr təşkil olunur.
Bu barədə bayraqdar.info-ya avqustun 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, çimərliklərin monitorinqi məqsədilə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət davam etdirilir.