Press "Enter" to skip to content

Ersin Tatar: 1 avqust mübarizə ruhumuzun dayaq nöqtəsidir

Bayraqdar.info – “1 avqust tarixi vətən bildiyimiz bu torpaqlarda bu gün də davam edən mübarizəmizdə çox önəmli bir yerə sahibdir. 1 avqust mübarizə ruhumuzun dayaq nöqtəsidir.”

Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar 1 avqust Toplumsal Dirəniş Bayramı münasibətilə yaydığı mesajında bildirib.

Qeyd edək ki, Kıbrıs türklər tərəfindən 1 avqust 1571-ci ildə 80 min şəhid verilərək fəth edilib. Eyni zamanda ötən əsrin 50-70-ci illərində rum-yunan cütlüyü tərəfindən adadakı türklərin kütləvi qətliamlarına son qoyulması məqsədilə müqavimət hərəkatı başlanıb. 1 avqust 1958-ci ildə qurulan Türk Müqavimət Təşkilatı Kıbrıs türklərinin varlığı uğrunda inanılmaz mübarizə aparıb.

1 avqust həm də Kıbrıs türkləri üçün Təhlükəsizlik Qüvvələrinin yarandığı gündür. Belə ki, Kıbrıs Barış Hərəkatından sonra 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövləti qurulub. 1 avqust 1976-cı ildə isə TMT-nin bazasında Təhlükəsizlik Qüvvələri qurulub.

Mesajında bu tarixləri bir-bir xatırladan E.Tatar deyib: “Bu gün müasir və güclü bir ordu halına gələn Təhlükəsizlik Qüvvələri Komandanlığı Kıbrıs Türk Barış Quvvətləri Komandanlığı ilə birlikdə xalqımızın ən böyük qoruyucusu və təminatıdır. Kıbrıs türk xalqı bu günlərə asanlıqla çatmadı. Bunun bədəli çox ağır oldu. Oğullarımız mehmetciklərlə birlikdə şəhid oldu. KKTC-nin təməllərində qan və həyat var. Bu səbəbdən, heç kimsə bizdən 1974-cü ildən əvvələ dönməyimizi, federasiya aldatması altında dövlətimizdən və suverenliyimizdən imtina etməyimizi və rumların azlığı olmamızı gözləməməlidir. Kıbrıs türkləri rum tərəfinin iddia etdiyi kimi bu torpaqlarda “qonaq və ya azlıq” deyillər. Kıbrıs türkləri 1571-ci ildən bəri ən azından rumlar qədər haqq sahibidir. Bunu bütün dünya da bilməlidir. Toplumsal Dirəniş Bayramını bir daha qeyd edərkən, Kıbrısın fəthindən bu günə kimi şəhid olanların xatirəsinin ehtiramla anır, TMT üzvlərimizi və qazilərimizi hörmətlə salamlayıram”.

Mission News Theme by Compete Themes.