Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Bayraqdar.info – Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun avqustun 1-də Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Bu haqda xəbəri bayraqdar.info-ya Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsindən veriblər.

“Nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı, hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir C.Bayramov, bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra bildirilir ki, “nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

Qeyd edək ki, Azərbaycan qardaş Türkiyədə meşə yanğınlarının genişlənməsinin ardından bu ölkəyə 500 nəfərlik şəxsi heyət və gərəkli texnika göndərməklə bağlı qərar verib. Artıq bu yardımın bir hissəsi Türkiyəyə çatıb və yanğınların söndürülməsində yaxından iştirak edir.

Mission News Theme by Compete Themes.