Bayraqdar.info – “İyulun 29-da Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ABŞ-nın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.”
Xəbər bayraqdar.info-ya iyulun 29-da Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, görüş zamanı Azərbaycan ilə ABŞ arasında təsdiq olunmuş “Ştatla Tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.
Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma Ştatının MQ arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonra nümayəndə heyətinin “N” hərbi hissəsinə ziyarəti təşkil olunub.
MN-in Mətbuat xidmətindən bildirilib ki, 44-günlük Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinə salınmış guşə ziyarət olunub. General-mayor M.Tompson Fəxri ziyarətçi və qonaqlar kitabına ürək sözlərini qeyd edib.
Hərbi hissənin iclas zalında brifinq keçirildikdən sonra nümayəndə heyəti “N” saylı hərbi hissənin Əməliyyat İmkanları Konsepsiyasında (ƏİK) bəyan edilmiş bölmələrinin fəaliyyəti və onlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.