Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı

Son yeniləmə: 30 İyul 2021 22:41

Bayraqdar.info – Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 320-yə çatıb.

Bu barədə bayraqdar.info-ya iyulun 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 140-ı dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 193-ü xidmət, 96-sı emal, 19-u kənd təsərrüfatı, 12-si tikinti sahəsinə aiddir.

O da qeyd olunub ki, marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı 1 min 386-ya çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 321 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 238 qazi münasib işlərlə təmin olunub. İşə cəlb olunanlar arasında 18-29 yaş arasında olanlar üstünlük təşkil edir.

Nazirlik tərəfindən başlanılan marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları keçidə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlar isə layihə çərçivəsində işlə təmin olunmaq üçün keçidə daxil olaraq müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.