Press "Enter" to skip to content

Balakən regional “ASAN xidmət” mərkəzinə müraciətlər

Bayraqdar.info – Balakən regional “ASAN xidmət” mərkəzinin yaranmasından bir il ötür. Mərkəz Azərbaycan Prezidentinin iştirakı ilə 29 iyul 2020-ci il tarixində açılıb və 17 avqust 2020-ci il tarixindən fəaliyyətə başlayıb.

Mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət” mərkəzindən məlumat verilib.

Bildirilib ki, Balakən regional “ASAN xidmət” mərkəzində dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.

Fəaliyyət göstərdiyi müddət ərzində Balakən regional “ASAN xidmət” mərkəzinə 100 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzin daxilində vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe” fəaliyyət göstərir. Uşaqların əyləncəsi üçün uşaq əyləncə guşəsi də mövcuddur.

Hazırda 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.
Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi də davam etdirilir.

Mission News Theme by Compete Themes.