Bayraqdar.info – İyulun 30-da Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının yarımfinalına yüksəlib.
Milli Olimpiya Komitəsindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 81 kq çəki dərəcəsində çıxış edən boksçu dörddə bir finalda türkiyəli Bayram Malkana 5:0 hesabı ilə qalib gəlib.
Bununla da Azərbaycan boksçusu Tokio Olimpiadasında ən azı bürünc medalı təmin edib.
MOK xatırladır ki, Olimpiadada mübarizəyə səkkizdə bir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib.
Yarımfinal mərhələsindəki qarşılaşma avqustun 1-də keçiriləcək.
Tokio-2020-də mübarizəni davam etdirən digər boksçu Cavid Çələbiyev (63 kq) isə iyulun 31-də səkkizdə bir finalda Ermənistan təmsilçisi Hovhannes Baçkov ilə qarşılaşacaq.