Press "Enter" to skip to content

Təbrizli fəal ETTELAAT-ın təcridxanasında saxlanılır

Son yeniləmə: 29 İyul 2021 09:12

Bayraqdar.info – Təbrizli fəal Yusif Sələhşur iyulun 28-də ailəsilə qısa telefon danışığında Təbrizdə ETTELAAT-ın təcridxanasında olduğunu bildirib.

Yaxınlarının verdiyi məlumata görə, o, yalnız təhlükəsizlik idarəsinin təcridxanasında saxlanıldığını deyə bilib.

Y.Sələhşurun nədə ittiham olunduğu və saxlanılma şəraiti barədə danışmasına imkan verilməyib.

İyulun 25-i axşam saat 23 radələrində İran hökumətinin silahlı təhlükəsizlik məmurları Y.Sələhşurun evinə basqın edərək onu özləri ilə aparıblar.

Evdə axtarış aparıldığı və şəxsi əşyaların məmurlar tərəfindən götürüldüyü bildirilir.

Son günlər təhlükəsizlik məmurları dəfələrlə Y.Sələhşuru hədələyib, ona hər hansı aksiyaya qoçulacağı təqdirdə həbs edəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.

Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə də Təbrizdə Xuzistan etirazçılarına dəstək aksiyası keçirilib.

Müxtəlif şəhərlərdə çox sayda milli-mədəni fəal həbs olunub. Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb və bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Bir fəalın harada və hansı ittihamla saxlanıldığı barədə hələ də ailəsinə məlumat verilməyib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.