Press "Enter" to skip to content

Son 6 ayda 153 mindən çox şəxsə sosial sığorta ödənişləri edilib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk yarısında ümumilikdə 153 min 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib.

Bu barədə bayraqdar.info-ya iyulun 29-da Nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 51 min 674-nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 9 min 270-nə hamiləlik və doğuşa görə bu ödənişlər edilib. Həmçinin 33 min 316 şəxsə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 58 min 095 şəxsə 3 yaşınadək uşağa qulluqla əlaqədar aylıq sosial müavinət ödənilib. 1 min 119 şəxs üzrə isə dəfn xərci olaraq birdəfəlik müavinət verilib.

Qeyd olunan ödənişlər üçün ümumilikdə 42,5 milyon manata yaxın vəsait ödənilib.

Mission News Theme by Compete Themes.