Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyi şəhidlərin ailə üzvlərini işlə təmin edir

Bayraqdar.info – “44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş 8 nəfər mədəniyyət işçisi şəhid olub, 10 nəfər mədəniyyət işçisi isə yaralanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhid olmuş mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə maddi yardım göstərilib. Eyni zamanda, Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır. Əlamətdar günlərdə şəhid ailələri ziyarət olunur və mövcud problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görülür.”

Mədəniyyət Nazrliyindən iyulun 29-da bayraqdar.info-ya verilən məlumat bu sözlərlə başlayır.

Məlumatda bildirilir ki, 2021-ci ilin 29 yanvar tarixindən bu günədək Nazirlik tərəfindən 100 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib.

Onlardan 53-ü şəhidlərin ailə üzvü, 10-u döyüşlərdə yaralanan, 21-i döyüşlərdə yaralananların ailə üzvü, 10-u müharibə iştirakçısı, 6-sı isə müharibə iştirakçısının ailə üzvüdür.

Nazirlik bu istiqamətdə fəaliyyətini mütəmadi olaraq davam etdirir.

Mission News Theme by Compete Themes.