Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı səfir Kadri Ecvet Tezcanı qəbul edib

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanı Ersin Tatar Türkiyənin təqaüddə olan səfiri Kadri Ecvet Tezcanı qəbul edib.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib. Bildirilib ki, görüşdə diplomata müraciət edən E.Tatar, “ədalətli işimizin müdafiəsində sizin bilikləriniz və əlaqələriniz son dərəcə önəmlidir” deyib.

KKTC Cümhurbaşqanı Kıbrıs türklərinin illərdir apardığı mübarizədə haqlı olduqlarının hər keçən gün bir daha öz təsdiqini tapdığını bildirib: “Beynəlxalq birliyin rum-yunan cütlüyünün təzyiqi altında müxtəlif açıqlamalar verməsinə baxmayaraq, Kıbrısda iki ayrı xalq və dövlət olduğu bir reallıqdır. Bizim dövlətimiz ən azından onların dövləti qədər qanunidir”.

Çıxışının davamında Maraşın açılışına da toxunan E.Tatar adadakı son proseslər barədə də danışıb.

K.E.Tezcan isə öz növbəsində Cümhurbaşqanı E.Tatar tərəfindən qəbul edilməsinə görə xoşbəxtliyini dilə gətirib və hazırki fəaliyyəti barədə ətraflı bilgi verib. K.E.Tezcan E.Tatarın Cümhurbaşqanı seçilməsindən sonra ortaya qoyduğu iki suveren dövlətin bərabərhüquqlu əməkdaşlığına əsaslanan həll variantını təqdir etdiyini deyib. O, KKTC-nin yaşayacağını və E.Tatarın Cümhurbaşqanlığında daha gözəl günlərə çatacağını söyləyib. Diplomat KKTC-nin nəhayət ki, dünya tərəfindən tanınacağına əminliyini ifadə edib.

Məlumat üçün bildirək ki, K.E.Tezcan Türkiyənin Azərbaycanda, Polşada və Avstriyada səfiri, həmçinin İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Mission News Theme by Compete Themes.