Press "Enter" to skip to content

Ermənistan bu gecə də Azərbaycan mövqelərinə hücum edib

Müdafiə Nazrliyi

Son yeniləmə: 29 İyul 2021 08:47

Bayraqdar.info – Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri iyulun 29-na keçən gecə saat 02.45-dən 03.40-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətindən Kəlbəcər rayonunun Zəylik kəndi istiamətindəki Azərbaycan mövqelərinə avtomat və qumbaraatanlardan atəş açıb.

Ermənistan silahlı qüvvələri eyni zamanda Azərbaycan mövqelərinə sarı 10-12 ədəd F-1 əl qumbarası da atıb.

MN bildirib ki, düşmən cavab atəşilə susdurulub, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Hər hansı itki və ya yaralanma haqqında məlumat verilmir.

Mission News Theme by Compete Themes.