Press "Enter" to skip to content

Direktor olmaq istəyənlər üçün adaptasiya proqramı davam edir

Bayraqdar.info – İyulun 23-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində uğur qazanan namizədlərlə adaptasiya proqramına başlanılıb.

Bu barədə iyulun 29-da bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.

Xəbərdə bildirilir ki, proqram çərçivəsində “İdarəetmədə komanda fəaliyyətinin rolu”, “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu” mövzularında təlimlər keçiriləcək. Həmçinin, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. üzrə mövzular haqqında da danışılacaq.

Adaptasiya proqramı başa çatdıqdan sonra namizədlərlə növbəti tədris ilindən müddətli əmək müqaviləsi bağlanılacaq.

Nazirlik qeyd edir ki, direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 30 nəfəri müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.

Mission News Theme by Compete Themes.