Press "Enter" to skip to content

Azərbaycan cüdoçusu Tokio-2020-dən məğlub ayrıldı

Bayraqdar.info – Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

Xəbərdə qeyd edilir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Şadi Elhanasa məğlub olub. Cüdoçu başlanğıcda fransalı Aleksandr İddirə qalib gəlib.

Xəbər iyulun 29-da Milli Olimpiya Komitəsindən verilib.

“Azərbaycanı Tokio-2020-də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (83 kq) və Məmmədəli Mehdiyev (91 kq) yarışı medalsız başa vurublar. R.Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib”, – deyə xəbərdə bildirilir.

MOK-dan qeyd edilib ki, Azərbaycan milli komandası Tokio-2020-də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu Rio-2016-da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan komandası 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Mission News Theme by Compete Themes.